Azərbaycan Memarlıq və İnşaat Universitetinə yeni sözçü təyin olunub
Xəbərlər
16:15 13 sen, 2022
Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub.
Qazet.az xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.
Əmrə əsasən, Universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək.
Qeyd edək ki, N.Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 telekanallarında müxbir, redaktor, Azərbaycan Texniki Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarında PR menecer vəzifələrində çalışıb.