Bakı 23˚C Windy

Azərbaycan Mərkəzi Bankı auditor seçir

Biznes 19:20 05 mar, 2022

Tenderdə iştirak haqqı 450 manatdır

Azərbaycan Mərkəzi Bankı auditor seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Qazet.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 5-I, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 13-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid intenet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi aprelin 14-də, saat 15:00-da portalda açıqlanacaq.