Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları oktyabrda 2 % artıb
Biznes
17:02 01 noy, 2022
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 803 milyon ABŞ dolları təşkil edib.
Qazet.az quruma istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 1,8 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 10,3 %, son 1 ildə isə 10,8 % artıb.