Bakı 3˚C Sunny

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

İdman 10:10 20 noy, 2022
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Qazet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.

Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ardıcıl 4 oyundur qələbə qazanan Azərbaycan millisi yoldaşlıq matçında son olaraq, səfərdə Moldova seçməsini 2:1 hesabı ilə məğlub edib.

Yoldaşlıq oyunu

20 noyabr

17:00. Şimali Makedoniya - Azəraycan

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)

Skopye, “Todor Proeski Milli Arena”sı