Azərbaycan millisinin qapıçısı zədələnib
İdman
19:56 08 okt, 2022
Azərbaycan millisinin və "Səbail"in qapıçısı Emil Balayev zədələnib.
Qazet.az-ın məlumatına görə, 28 yaşlı qolkiper Bakıda "Sumqayıt"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur oyununda sıradan çıxıb.
Ayağından xəsarət alan Balayev 75-ci dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədir - 1:0.