Bakı 2˚C Intermittent clouds

Azərbaycan millisinin qapıçısı zədələnib

İdman 19:19 08 okt, 2022
Azərbaycan millisinin qapıçısı zədələnib

Azərbaycan millisinin və "Səbail"in qapıçısı Emil Balayev zədələnib.

Qazet.az məlumatına görə, 28 yaşlı qolkiper Bakıda "Sumqayıt"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur oyununda sıradan çıxıb.

Ayağından xəsarət alan Balayev 75-ci dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədir - 1:0.