Bakı 6˚C Dreary

Azərbaycan MN Kəlbəcər təxribatına görə Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi

Gündəm 14:29 15 noy, 2021

Ermənistan bu gün Kəlbəcərdə növbəti təxribat törədib

Azərbaycan MN Kəlbəcər təxribatına görə Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.

Nazirlikdən Qazet.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrı 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.