Bakı 26˚C Intermittent clouds

Azərbaycan Monqolustanla əməkdaşlıq sazişini təsdiqlədi

Gündəm 19:39 05 iyl, 2022

Prezident İlham Əliyev  fərman imzalayıb

Azərbaycan Monqolustanla əməkdaşlıq sazişini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Qazet.az xəbər verir ki, sənədə əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monqolustan Hökumətinə bildiriş göndərməlidir.