Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə XƏBƏRDARLIQ edib
Gündəm
15:01 15 okt, 2021
Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib
Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib.
Qazet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaqdır".