Azərbaycan neft məhsullarının ixracından qazancını 2 dəfədən çox artırıb
Biznes
20:35 15 sen, 2021
Bu ilin yanvar-avqust aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,47 % olub.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 971,028 min ton həcmində neft məhsulları ixrac edib.
Qazet.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 448,407 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 27,2 %, dəyəri isə 2,12 dəfə çoxdur.
Bu ilin yanvar-avqust aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,47 % olub.