Bakı 21˚C Windy

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

Biznes 13:29 15 dek, 2021

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,49 ABŞ dolları təşkil edib

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,01 ABŞ dolları, yaxud 1,32 % azalıb.

Qazet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,49 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.