Bakı 18˚C Mostly sunny

Azərbaycan nefti 84 dollara qədər ucuzlaşıb

Biznes 12:30 05 noy, 2021

“Azeri Light” markalı neftin qiyməti düşüb

Azərbaycan nefti 84 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,88 % azalıb.

Qazet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,99 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.