Azərbaycan nefti kəskin ucuzlaşıb
Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,91 dollar/barel azdır
![Azərbaycan nefti kəskin ucuzlaşıb](https://qazet.az/resized/fit900x500/center/pages/38863/3ff8ceb6-9809-413f-8bee-3d027fca9089.jpeg)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,91 dollar/barel azdır.
Qazet.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,86 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,88 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 8,99 dollar/barel azdır.