Azərbaycan nefti ucuzlaşdı
Biznes
13:59 16 noy, 2021
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Azərbaycan nefti bir qədər ucuzlaşıb.
Qazet.az xəbər verir ki, “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,20 ABŞ dolları və ya 1,43 faiz azalıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 82,93 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.