Bakı 14˚C Intermittent clouds

Azərbaycan neftinin qiyməti 1,5 dollar ucuzlaşıb

Biznes 09:06 13 avq, 2022

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 98,15 ABŞ dollardan satılıb

Azərbaycan neftinin qiyməti 1,5 dollar ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,6 % azalaraq 98,19 ABŞ dolları təşkil edib.

Bu barədə Qazet.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 98,15 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.