Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Biznes
12:49 14 apr, 2022
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Qazet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,61 dollar artaraq 110,72 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.