Bakı 24˚C Sunny

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Biznes 12:33 04 mar, 2022

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb.

Qazet.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 2,07 ABŞ dolları, yaxud 1,8 % artaraq 118,17 ABŞ dollarına çatıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.