Bakı 24˚C Sunny

Azərbaycan neftinin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Biznes 12:12 12 mar, 2022

Dünən “Brent” markalı neftin bir bareli 112,67 ABŞ dolları olub

Azərbaycan neftinin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,912 ABŞ dolları, yaxud 1,6 % azalaraq 116,64 ABŞ dollarına düşüb.

Bu barədə Qazet.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 112,67 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.