Azərbaycan neftinin qiyməti bahalaşıb
Biznes
11:43 10 noy, 2021
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 86,24 ABŞ dolları təşkil edi
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,17 % artıb.
Qazet.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 86,24 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.