“Azərbaycan Ordusunda bir neçə yeni qurum yaradırıq”
Gündəm
15:35 09 noy, 2021
Zakir Həsənov orduda bir neçə yeni qurumların yaradılacağını deyib

“Azərbaycan Ordusunda bir neçə yeni qurum - əməliyyat (komando) qurumları, briqadaları yaradırıq”.
Qazet.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla keçirilən mətbuat konfransında bildirib.
Gələcəkdə böyük planların olduğunu bildirən nazir qeyd edib ki, əməliyyat (komando) briqadalarının çoxsaylı hərbi qulluqçuları Türkiyədə təlim keçib Azərbaycana qayıtdıqdan sonra ən mühüm birləşmələrdə xidmətlərini davam etdirirlər.