Bakı 4˚C Windy

Azərbaycan ordusunda komanda-qərargah təlimi keçirilib

Gündəm 14:07 19 noy, 2021

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib

Azərbaycan ordusunda komanda-qərargah təlimi keçirilib

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən Qazet.az-a verilən məlumata görə, təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.