Azərbaycan ordusunun erməni əsgərlərini atəşə tutması yalandır -AÇIQLAMA
Gündəm
19:11 28 sen, 2021
Məlumat təkzib edilib

Sosial şəbəkələrdə yayılan Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə məxsus bölmələri atəşə tutması ilə bağlı yayılan xəbərlərini Müdafiə Nazirliyi təkzib edib.
Qazet.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib:
Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.