Bakı 5˚C Mostly cloudy

Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməyib - RƏSMİ

Gündəm 17:53 21 sen, 2021

Müdafiə Nazirliyi bəyanat yaydı

Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməyib - <span style="color:red">RƏSMİ</span>

Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

Qazet.az xəbər verir ki, bu barədə Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur: "Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq".