Azərbaycan Özbəkistanın biznes ombudsmanı ilə əməkdaşlıq edəcək
Memorandum iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistan Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
KOBİA-dan Qazet.az-a verilən məlumata görə, sənəd avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində imzalanıb.
Memorandum iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.