“Azərbaycan Prezidenti ilə görüşüm əla keçdi” - Gürcüstanın Baş naziri
Siyasət
18:35 29 sen, 2021
İrakli Qaribaşvili İlham Əliyevlə görüşünün uğurlu olduğunu düşünür

Azərbaycan Prezidenti ilə Azərbaycan-Gürcüstan əlaqələri və regional transformasiyaya dair müzakirələr apardıq və görüş əla keçdi.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter”də bildirib.
Baş nazir qeyd edib ki, söhbət zamanı ikitərəfli əhəmiyyət daşıyan mövzulara, strateji tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni sahələrə dair müzakirələr aparılıb.