Bakı 6˚C Dreary

Azərbaycan Prezidenti Şuşada Hulusi Akarı qəbul edib

Gündəm 16:33 08 noy, 2021

Görüşdə H.Akar 8 Noyabr-Zəfər Günü münasibətilə təbriklərini çatdırıb

Azərbaycan Prezidenti Şuşada Hulusi Akarı qəbul edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi hərbi nümayəndə heyətini qəbul edib.

Qazet.az xəbər verir ki, görüşdə H.Akar 8 Noyabr-Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

H.Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha çox inkişaf edəcəyini, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah da qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olacağını vurğulayıb.