Bakı 18˚C Mostly sunny

Azərbaycan Qafanı ayıra bilər - Ermənistan parlamenti təşvivşdə

Siyasət 14:23 13 sen, 2021

Ermənistanın millət vəkili Zəngəzurla bağlı həyacan təbili çalıb

Azərbaycan Qafanı ayıra bilər - <span style="color:red">Ermənistan parlamenti təşvivşdə</span>

Zəngəzurun keçmiş qubernatoru, “Ermənistan” fraksiyasından deputat Vaqe Akopyan Azərbaycanın Qafanı Ermənistandan ayıra biləcəyini söyləyib.

Qazet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində məlumat verilib.

“Hazırda Ermənstanın Zəngəzurdan vacib problemi yoxdur”, deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Qaragöl və Qafan istiqamətində vəziyyət təhlükəlidir.

“Qaragöl ətrafında Azərbaycan hərbçiləri qışa hazırlaşır və fundamental müdafiə sədləri inşa edir. Azərbaycan tərəfi istənilən an Qafanı Ermənistandan ayıra bilər”.