Azərbaycan Qarabağın bərpasında iştirak edən İtaliya şirkətlərinin sayının artırılmasında maraqlıdır
XİN başçısı qeyd edib ki, İtaliya şirkətləri artıq orada işləyir
“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəaliyyət göstərən İtaliya şirkətlərinin sayının artırılmasında maraqlıdır”.
Qazet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Görüşdə C.Bayramov italiyalı həmkarına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası istiqamətində görülən işlər barədə məlumat verib.
XİN başçısı qeyd edib ki, İtaliya şirkətləri artıq orada işləyir.
Onun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə xarici şirkətləri, o cümlədən İtaliya şirkətlərini cəlb etməkdə maraqlıdır.
Nazir Luici Di Mayo, öz növbəsində, İtaliya şirkətlərinin bu istiqamətdə əlavə addımlar atacağına vəd verib.