Bakı 1˚C Dreary

Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərəcək

Gündəm 12:50 20 sen, 2021

Şahinlər qardaş səmalarında

Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərəcək

21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor səmasında salamlama uçuşu edəcək.

 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd edilir:

 

“Saat 11:00-11:30 (Bakı vaxtı ilə saat 12:00-12:30) arasında gözləriniz İstanbul səmasında olsun.

 

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində salamlama uçuşu həyata keçirəcək”.