“Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir”
“Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” kimi regional kommunikasiya layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir”.
Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu gün Bakı dəniz limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona çatdırıla bilər.
“Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir”.
Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
“Azərbaycan bundan sonra da beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında fəaliyyətini davam etdirəcək”.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin yekdilliklə daha bir il uzadıldığını xatırladıb.
"Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq".
Dövlət başçısı 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunmasının regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını bildirib.