Bakı 10˚C Sunny

"Azərbaycan, Rusiya və Ermənistan arasında görüşün keçirilməsinə ehtiyac var" - Lavrov

Gündəm 18:17 19 noy, 2021

Rusiya XİN başçısı üçtərəfli görüşün keçiriləcəyinə əmin olduğunu bildirib

"Azərbaycan, Rusiya və Ermənistan arasında görüşün keçirilməsinə ehtiyac var" - <span style="color:red">Lavrov</span>

"Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli görüşün keçiriləcəyinə əminəm".

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Çünki görüşə ehtiyac var. Mən təsdiq edə bilərəm ki, məsləhətləşmələrin olması üçün görüşə hazırlaşanların hər biri bununla razılaşmalıdır", nazir bildirib.