Bakı 17˚C Mostly sunny

Azərbaycan rusiyalı turistlərin ən populyar istirahət yerləri siyahısında

Maraqlı 19:48 10 dek, 2021

Azərbaycan Rusiyada distant işləyənlər arasında qış aylarında yaşamaq üçün ən populyar ölkələr sırasında yer alıb.

Azərbaycan rusiyalı turistlərin ən populyar istirahət yerləri siyahısında

Azərbaycan Rusiyada distant işləyənlər arasında qış aylarında yaşamaq üçün ən populyar ölkələr sırasında yer alıb.

Bu barədə Yandex.Puteşestvie xidmətinin məlumatından aydın olur.

Şirkətin mütəxəssisləri aviabiletlərin axtarışı və bron edilməsi ilə bağlı məlumatları araşdırdıqdan sonra turistlərin əksəriyyətinin Azərbaycan, Misir, Tayland və ABŞ-a maraq göstərdiyi qənaətinə gəliblər. Konkret istiqamətlərdə isə Bakı, Phuket, Xurqada, Banqkok və Şarm əl-Şeyx liderlik edir.

Məlumata görə, turistlərin bir çoxu isti ölkələrdə azı beş həftə qalmağı planlaşdırır. Ən uzunmüddətli səfərlər isə 3 ay üçün nəzərdə tutulub.

oxu.az