Bakı 32˚C Intermittent clouds

Azərbaycan Rusiyanın Tomsk bölgəsindən ağac idxal edib

Gündəm 17:35 21 okt, 2021

Ölkə daxilində isə 87,2 min kubmetr məhsul satılıb

Azərbaycan Rusiyanın Tomsk bölgəsindən ağac idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ölkənin Tomsk vilayətindən ixrac edilən, təxminən, 29 min kubmetr ağac məhsuluna sertifikat verib.

Qazet.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bunun 4,1 min kubmetri Özbəkistana, 18,9 min kubmetri Çinə, 3,1 min kubmetri Qırğızıstana, 1,8 min kubmetr Qazaxıstana, 360 kubmetri Azərbaycana, 208 kubmetri Koreyaya, 200 kubmetri Tacikistana, 126 kubmetr Vyetnama ixrac edilib. Ölkə daxilində isə 87,2 min kubmetr məhsul satılıb.