Azərbaycan Rusiyaya başsağlığı verdi
Siyasət
15:10 10 okt, 2021
Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Qazet.az xəbər verir ki, başsağlığı mətni XİN-in Tvitter hesabında yayılıb.
“Tatarıstan Respublikasında paraşütçülər olan təyyarənin qəzası nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında qeyd olunub.