Azərbaycan sahibkarları İstanbulda keçiriləcək biznes-foruma qatılacaq
Gündəm
13:03 29 okt, 2021
"Ziraat Bank"ın Baş müdiri Alpaslan Çakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verilib
Noyabrın 10-da Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palatasının təşkilatlığı ilə biznes-forum keçiriləcək.
Qazet.az Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bu barədə qurumda Türkiyə Banklar Birliyinin sədri, "Ziraat Bank"ın Baş müdiri Alpaslan Çakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması üçün iş adamları əməkdaşlıq imkanlarını genişləndirir və həmin biznes-foruma ciddi şəkildə hazırlaşırlar.