Bakı 2˚C Mostly cloudy

Azərbaycan şahinləri Türkiyə səmasında şou göstərəcək - FOTO

Gündəm 12:36 20 sen, 2021

Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərəcək

Azərbaycan şahinləri Türkiyə səmasında şou göstərəcək - <span style="color:red">FOTO</span>

21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor səmasında salamlama uçuşu edəcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd edilir:

“Saat 11:00-11:30 (Bakı vaxtı ilə saat 12:00-12:30) arasında gözləriniz İstanbul səmasında olsun.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində salamlama uçuşu həyata keçirəcək”.