Bakı 5˚C Mostly cloudy

Azərbaycan səfiri Fransa parlamentinin aşağı palatasının qərəzli qətnaməsinə münasibət bildirib

Gündəm 00:37 01 dek, 2022
Azərbaycan səfiri Fransa parlamentinin aşağı palatasının qərəzli qətnaməsinə münasibət bildirib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.

Qazet.az-ın məlumatına görə, diplomat tviter hesabında yazıb:

"Fransa Milli Assambleyasının nəzərinə: 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub, siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”.