Azərbaycan səfiri Qazaxıstanın informasiya və sosial inkişaf naziri ilə görüşüb
Siyasət
19:45 24 fev, 2022
Azərbaycanın Qazaxıstandakı səfirliyinin tviter səhifəsində məlumat verilib

Fevralın 23-də səfir Ağalar Atamoğlanov və Qazaxıstan informasiya və sosial inkişaf naziri Əsgər Umarov arasında görüş keçirilib.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin tviter səhifəsində məlumat verilib.
Görüşdə iki ölkə arasında informasiya, gənclər sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

