Azərbaycan səfiri Türkiyənin nəqliyyat naziri ilə görüşüb - FOTO
Siyasət
18:12 08 dek, 2021
Görüş zamanı Azərbaycan və Türkiyə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu arasında görüş olub.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, azərbaycanlı səfirin Türkiyənin milli müdafiə nazirinin müavini ilə də görüşü baş tutub.