Bakı 6˚C Sunny

Zaxarovadan Londondakı azərbaycanlı həmkarlarına DƏSTƏK: "Şok oldum"

Siyasət 00:10 06 avq, 2022

Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub.

Zaxarovadan Londondakı azərbaycanlı həmkarlarına DƏSTƏK: "Şok oldum"

“Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb”.

Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün teleqram kanalında yazıb.

“Günorta çağı vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub”, - deyə Zaxarova bildirib.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.