Bakı 10˚C Intermittent clouds

"Azərbaycan səhiyyəsinin inkişafı üçün həmişə hazırıq"

Eksklüziv 14:15 28 sen, 2022
"Azərbaycan səhiyyəsinin inkişafı üçün həmişə hazırıq"

"Liv Bona Dea Hospital" hər iki ölkənin Qeyri-Hökümət Təşkilatlarının ortaq layihəsilə xüsusi qayğıya ehtiyacı olan azyaşlılar üçün "Həkim Uniformasının Boyanması" tədbirini keçirib. 
Tədbirin sonunda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı media nümayəndələrinə açıqlama verib. 

Qazet.az xəbər verir ki, səfir tədbirin mahiyyəti barədə bunları deyib:

"Öncəliklə anım günündə qəhrəman şəhidlərimizi yad edirik. Məkanları cənnət olsun. Qəhrəmanların döyüşü zəfərlə sonlanıb. Onlar heç vaxt unudulmayacaq. Vətən sağ olsun! Vətən uğrunda bütün türk milləti şəhid olmağa hazırdır. Burada özəl bir gündə yenidən birlikdəyik. Anım günündə 100 şəhid övladına "Liv Bona Dea Hospital"ı check-up sağlamlıq müayinəsi təşkil edir. Sadəcə bu proqram yox, bundan sonra da qadınlarla bağlı sosial layihələr də Azərbaycanda həyata keçiriləcək. Səhiyyə imkanları baxımından Azərbaycanda xidmət etmək olduqca önəmlidir. Türkiyə bu gün səhiyyə məkanında ən keyfiyyətli xidmət həyata keçirən imkanlara sahibdir. Azərbaycanın səhiyyə sahəsinin inkişaf etməsi üçün birgə işləməyə həmişə hazırıq. Bu baxımdan hospitalı təbrik edirəm. "Liv Bona Dea Hospital"ı yenidən xidmətə başlayıb. Xeyirli olsun deyirəm. Sadəcə Bakıda deyil, şəhər xaricində də xidmət həyata keçiriləcəyi bildirilir".

"Azərbaycan səhiyyəsinin inkişafı üçün həmişə hazırıq"
"Azərbaycan səhiyyəsinin inkişafı üçün həmişə hazırıq"
"Azərbaycan səhiyyəsinin inkişafı üçün həmişə hazırıq"