Bakı 2˚C Dreary

Azərbaycan sənaye müəssisəsi səhmdarlarına hesabat verəcək

Biznes 12:55 23 apr, 2022

Yığıncağın gündəliyi açıqlanmayıb

Azərbaycan sənaye müəssisəsi səhmdarlarına hesabat verəcək

İyunun 8-i “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin səhmdarlarının ənənəvi illik növbəti ümumi yığıncağı keçiriləcək.

Qazet.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Caparidze küçəsi, 112 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bakı Neft Mədən Avadanlıqları” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 766 min manatdır.