Bakı 2˚C Dreary

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

İdman 11:08 09 okt, 2022
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib.

Qazet.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışı 1 bürünc medalla başa vurub.

Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə (44 kq) estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispanla döyüşdə rəqib finala yüksəlib. Bu səbəbdən də Z.Həsənzadə üçüncü yerlə kifayətlənib.

 

 

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub