Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət
17:32 08 dek, 2021
Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin milli müdafiə nazirinin müavini Şuay Alpayla görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
Görüş Azərbaycanın Ankaradakı səfirliyində baş tutub.
Tərəflər iki ölkə arasında müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.