Bakı -0˚C Cloudy

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimi davam edir -FOTO / VİDEO

Gündəm 18:40 15 sen, 2021

Xüsusi Təyinatlı bölmələr tapşırıqları yüksək səviyyədə icra edirlər

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimi davam edir -<span style="color:red">FOTO / VİDEO</span>

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti mərhələsində Xüsusi Təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.