Azərbaycan Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərir
Gündəm
16:51 23 iyn, 2022
Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür.
Bu barədə Qazet.az-a FHN-dən məlumat əldə edib.
Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb.