Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu
Gündəm
00:29 20 dek, 2021
Qeyd edək ki, Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edib.

Fransanın paytaxtı Parisdə Uşaq Avroviziyası – 2021 mahnı müsabiqəsi keçirilib.
Müsabiqənin qalibi Ermənistan təmsilçisi Malena olub. O, “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edib. Azərbaycan 151 xalla beşinci yeri tutub. Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.