Bakı 10˚C Partly sunny

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar aparılıb

Siyasət 10:56 07 sen, 2022
Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar aparılıb

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib.

Qazet.az xəbər verir ki, tərəflər ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar