Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir
Siyasət
15:42 03 noy, 2021
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır".
Qazet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.
"Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik", - o qeyd edib.