Bakı 26˚C Partly sunny

Azərbaycan və BƏƏ diplomatik əlaqələri qeyd edir

Siyasət 10:55 01 sen, 2022
Azərbaycan və BƏƏ diplomatik əlaqələri qeyd edir

Xarici İşlər Nazirliyi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

Qazet.az xəbər verir ki, XİN-in tviter səhifəsində qeyd olunub:

“Bu gün Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur. Bu münasibətlə BƏƏ hökuməti və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan-BƏƏ əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”.